"Kurtlar Vadisi" geri qayıdır » Median.Az News Agency


"Kurtlar Vadisi" geri qayıdır
"Kurtlar Vadisi" serialı yenidən ekranlara qayıdır.

"Xaos" adlanan yeni sezonun çəkilişləri noyabr ayında başlayacaq və 2020-ci ildə ekranlara gələcək. Necati Şaşmaz və Defne Samyelinin baş rolu paylaşacağı serialda 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra baş verən hadisələrdən bəhs ediləcək.

"Kurtlar Vadisi Xaos"un "Netflix"də yayımlanacağı barədə iddialar mövcuddur.

Qeyd edək ki, serial ilk dəfə 15 yanvar 2003-cü ildə yayımlanıb. "Kurtlar Vadisi" bu günə qədər "Show TV", "Kanal D", "Star TV" və "TNT" ekranında izləyicilərə təqdim edilib.
/qaynarinfo/


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          901 09.09.19 18:09