Cinayətdə ittiham edilən xəstəxananın şöbə müdiri hakim qarşısında » Median.Az News Agency


Cinayətdə ittiham edilən xəstəxananın şöbə müdiri hakim qarşısında
Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Qədir Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan Əlizadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məıumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 10-na təyin edilib.

Qeyd edək ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Q.Süleymanov barəsində Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Yevlax rayonunda icbari tibbi sığorta pilot layihə çərçivəsində tətbiq edilir və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdir.
/oxu.az/скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          488 09.09.19 16:08