Azərbaycanda daşqın təhlükəsi - Yağışlar davam etsə, qaçılmaz olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |    

Azərbaycanda daşqın təhlükəsi - Yağışlar davam etsə, qaçılmaz olacaq

Azərbaycanda daşqın təhlükəsi gözlənilir.

Bunu Oxu.Az-a Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi şura üzvü, coğrafiya elmlər doktoru Məhəmməd Abduyev deyib.

Onun sözlərinə görə, ölkə ərazisində yağıntılar davamlı olduğu halda daşqınların olması qaçılmazdır:

"Çayın qida mənbəyi ilk növbədə yağıntılardır. Atmosfer yağıntıları intensiv və leysan xarakterli olduğu zaman daşqınların olması da gözləniləndir. Daşqınlar, əsasən, Böyük Qafqazın cənub yamacında, şimal-şərq yamacında (Quba-Xaçmaz zonası), Qafqazın şimal-şərqində, Lənkəran çaylarında müşahidə edilə bilər.

Kür çayı üçün ən aşağı minimum səviyyə sentyabrda, Araz da isə avqustda olur. Əksinə olaraq, Kürdə maksimum səviyyə apreldə, Arazda isə mayda qeydə alınır. Amma qısamüddətli intensiv yağıntıların düşməsi ilə əlaqədar Kürdə suyun səviyyəsinin qalxması müşahidə edilə bilər. Amma bu, davamlı deyil".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla, normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində də artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 348 sm təşkil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            934 09.09.19 15:59