Bakıda üç yaşlı uşaq beşinci mərtəbədən yıxıldı » Median.Az News Agency


Bakıda üç yaşlı uşaq beşinci mərtəbədən yıxıldı
Sabunçu rayonunda üç yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.

Hadisə sentyabrın 7-də, 19:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1V ünvanında baş verib.

2016-ci il təvəllüdlü Hüseynova Ayan Elnur qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          639 09.09.19 15:48