Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:55 Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib | 21:50 İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx | 21:44 Altı marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - Siyahı | 21:37 DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gediş haqqı artacaqmı? | 21:32 Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq | 21:27 Yumruqla qızının burnunu sındıran ata - Həbsdən buraxıldı | 21:19 Türkiyəli müğənni 10 il həbs oluna bilər | 21:13 Paşinyan bu halda istefa verəcəyini açıqladı | 21:05 Noyabr ayının son günləri böyük sürpriz yaşayacaq 3 bürc | 21:00 Bir stəkan kola içdikdə nələr baş verir? - Dəhşətli faktlar | 20:53 Tanışının adına kredit götürdü, 647 manatı öz kartına köçürdü - 2 il 8 ay həbs cəzası | 20:48 Nikah davam edir, amma qadınlar əvvəlki soyadlarına qayıdırlar - Səbəb nədir? | 20:40 Ən faydalı qəhvə növlərinin reytinqi | 20:35 Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb | 20:29 Eyni mahnını təkrar-təkrar dinləməyimizin 5 elmi səbəbi | 20:22 Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb | 20:14 Nazir Məleykə Abbaszadəni kollektivə təqdim etdi | 20:09 265 mln. manatlıq narkotik dövriyyədən çıxarılıb | 20:01 “Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü | 19:56 Bəşir Süleymanlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edildi |
Mojo.az Avto
Mojo.az Avto

Köşkə girib satıcını zorlamaq istədi, fikrini dəyişib kassanı soydu

09.09.2019 14:07 6 082
Köşkə girib satıcını zorlamaq istədi, fikrini dəyişib kassanı soydu
Bakıda köşk satıcısı zorakılığın qurbanı olmaqdan son anda qurtulub.

Bununla bağlı oxu.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, cinayət sentyabrın 8-də baş verib. 1987-ci il təvəllüdlü paytaxt sakini Lalə Abbaszadə Zığ şossesi yaxınlığındakı bir nömrəli binada yerləşən köşkə işə gələrkən, səhər saat 10-da hücuma məruz qalıb.

Naməlum kişi köşkə girib və əlindəki bıçağı qadının boğazına dirəyərək, onu zorlamaq istəyib. Ancaq qurbanının müqaviməti ilə rastlaşan cinayətkar qorxub və fikrini dəyişərək, qadından pulları tələb edib.

Qadın kassada olan 650 manat pulu qarətçiyə verib. Daha sonra kişi hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra cinayətkar saxlanılıb.

Saxlanılan şəxs əvvəllər oğurluq, xuliqanlıq və qanunsuz dövriyyə ilə bağlı cinayətlərə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu olub.

V.Məmmədova qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi (qarət) ilə cinayət işi başlanılıb.

Son xəbərlər