Rusiyalı politoloqdan təklif: Zelenskiyə Nobel verilsin » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Rusiyalı politoloqdan təklif: Zelenskiyə Nobel verilsin

Rusiya politoloqu Stanislav Belkovski "Exo Moskvı" radiostansiyasının efirindən maraqlı bir təklif səsləndirib.

Belkovskinin sözlərinə görə, Rusiya ilə əsirlərin dəyişdirilməsi proqramına görə Ukrayna lideri Vladimir Zelenski Nobel sülh mükafatına layiq görülməlidir.

O qeyd edib ki, Zelenskinin namizədliyini Kommunist Partiyasının Mərkəzi Komitəsinin sonuncu baş katibi Mixail Qorbaçov irəli sürməlidir. Belə ki, Qorbaçov özü də dünyada sülhün möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə həmin mükafatın laureatıdır.

Politoloqun fikrincə, SSRİ-nin eks prezidenti bu imkandan ilin sonunadək istifadə edə bilər. Qorbaçov özü hələlik bu təklifə münasibətini açıqlamayıb.

Xatırladaq ki, sentyabrın 7-də Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi 35+35 formatında həyata keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 394 09.09.19 11:59