Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Sosial şəbəkələrin yaratdığı yuxusuzluq sindromu - PSİXOLOQDAN XƏBƏRDARLIQ

07.09.2019 22:40 2 726
Sosial şəbəkələrin yaratdığı yuxusuzluq sindromu - PSİXOLOQDAN XƏBƏRDARLIQ
Əgər yata bilmirsinizsə, çoxdandır şirin yuxuya həsrətsinizsə, maqniy elementini yoxladın. Orqanizmdə maqniy elementi 300 biokimyəvi reaksiyada iştirak edir. Onun 10 əlamətindən biri də yuxu pozğunluğudur.

Amma yeganə səbəb deyil. Bu gün insanların iş rejimi, gündəlik məişət həyatında qarşılaşdıqları, stress, yorğunluq, əsəb, daxili sıxıntılar, narahatlıq və s. hallar insanlarda yuxu sisteminin dağılmasına, yuxusuzluq sindromuna səbəb olur.

Azərbaycanda 10 adamdan 7 nəfərinin yuxu pozğunluğundan əziyyət çəkdiyinə əmin olasan.

Medicina.az xəbər verir ki, bu barədə Psixoloq Fərqanə Mehmanqızı "Yeni Müsavat"a bildirdi ki, yuxusuzluq sindromu həm nevroloji, həm psixoloji aspektdən araşdırılmalıdır.

Onun sözlərinə görə, indiki zəmanədə yuxusuzluğun əsas amili vaxtın sürətlə keçməsidir: "Əvvəl deyilirdi ki, yuxusuzluğu stress yaradır. Bu faktordan imtina etmirik. Amma bu gün stressin yaranması zamanın sürətlə keçməsindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, internet dövrüdür, əksəriyyət sosial şəbəkədədir, hər kəsin əlində planşet, mobil telefon var və insanlar həyatını sosial şəbəkəyə bağlayırlar.

Onlar sanki dördbucaq bir qutunun içindədirlər və oradan dünyaya baxırlar. Onların həyata baxışı yalnız telefondandır və bu da asılılıq yaradır və gərəksiz stressə gətirib çıxarır.

İnsanlar fiziki və psixoloji olaraq sosial şəbəkələrin əsirinə çevriliblər. Hətta telefondan istifadə qadağası olan iş yerlərində çalışan şəxslər daha aqressiya nümayiş etdirirlər. Onlar iş saatı qurtaran kimi telefonu götürürlər və ondan ayrılmırlar. Çünki özlərini real həyatda detil, orada tapırlar. Yuxu isə real həyatdır".

Psixoloqun fikrincə, yuxu insanları internetdən ayırır: "Diqqət edin, insanlar özünə ziyan vurub gecələr yuxusuz qalırlar, internetə qoşulurlar. Sosial şəbəkələrdə aktivliyin ən pik vaxtı axşamlar olur. İnternetə görə yuxularına haram qatırlar. Sonra şikayətlənirlər ki, yata bilmirik. Mənim yanıma gələn pasientlər arasında belələri ilə rastlaşmışam. Deyir ki, yuxuya gedə bilmirəm. Soruşuram, niyə? Cavab verir ki, əlimdə telefonla oynayıran. Əgər insan yatağında kitab oxusa yuxusu qaçmaz, tez yatar.

Amma sosial şəbəkə yuxusuzluq yaradır. Bundan sonra aqressiya, həssaslıq, stress gəlir. Yəni əsas səbəb sosial şəbəkədir. Amma birmənalı olaraq yalnız bununla əlaqələndirmək də olmaz.

Yaşlı insanlar var ki, internetə qoşulmurlar, amma yuxu pozğunluğundan əziyyət çəkirlər. Bunun da müxtəlif səbəbləri olur".

İnternet portallarında gedən məlumatlarda isə deyilir ki, mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni 7 il tez qocalır.

Yuxusuzluq insanı ruhi xəstəliyə aparan ən rahat və qısa yoldur. Buna görə də yuxusuzluq sindromunu tez bir zamanda yox etmək lazımdır.

Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.

Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.

Dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir.

Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir.

İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır.

Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq özünüöldürmə həddinə belə gətirib çıxarır.

Yuxusuzluq gənclər arasında daha çox yayılıb. Bu hal çox təhlükəlidir. Adətən orqanizmi sağlam olan gənc yuxuya meyilli olur.

Düzgün qidalanmayan, havasız şəraitdə çox olan gənclərdə gepaksiya əlamətləri yaranır. Bu da yuxusuzluğa gətirib çıxarır.

Məktəbli uşaqlarda və gənclərdə yuxusuzluq qıcolma sindromu olmadan gizli gedən epilepsiya xəstəliyinin əlaməti ola bilər.

Yuxusuzluq halları yaşlılarda da çox olur. Bu, beyin damarlarının aterosklerozu və atrofiyasıdır. İnsan ayaqüstə yatır, yuxulu olur, amma yatağına girəndə yata bilmir. Yaşlılarda yuxusuzluğun səbəbi bir də qaraciyər xəstəlikləridir.

Əgər insan 1 həftə yuxu yata bilmirsə, o, 1 həftədən sonra tam ruhi xəstə olur. Yuxusuzluq zamanı beyində oksigen çatışmazlığı baş verir. Beyində oksigen çatışmazlığının ilkin əlaməti vaxtlı-vaxtsız əsnəməkdir. Beyində qan dövranı o qədər kasadlaşır ki, beyin maddələr mübadiləsində iştirak etmir.скачать dle 11.3
Mojo.az Banner