Mojo.az Banner
19:27 "Finalissima"nın dəqiq tarixi açıqlandı  |     19:21 Unun topdansatış qiymətləri AÇIQLANDI  |     19:07 Xolesterini nə artırır? - Diyetoloqlar imtina edilməli olan səhər vərdişini açıqladı  |     18:51 “Ayntraxt” Bakıya azarkeş gətirməyəcək  |     18:46 17 milyon əfqan aclıq səbəbindən ölüm riski ilə üz-üzədir  |     18:37 Azər Həşimov "Karvan-Yevlax"dan AFFA-ya şikayət edib  |     18:26 Qusarda öldürülən 32 yaşlı qadının qətlinin DƏHŞƏTLİ TƏFƏRRÜATI: Boğazı qayçı ilə kəsilib (Video)  |     18:19 Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb, cinayət işi başlanılıb  |     18:11 Rüşvət alan bağça müdiri işdən çıxarıldı  |     18:10 Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir  |     18:09 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:54 Şirvanda ata oğlunu azadlığa buraxdırmaq istədi: Dələduzluğa məruz qaldı  |     17:47 Azərbaycana gətirilən yüklərin 40 faizi Çin mənşəlidir  |     17:45 Narkotiklərin tədarükünə görə saxlanılan ailə üzvlərinə ağır cəza verilib  |     17:24 Mühərrik üçün sintetik yağın üstünlüyü nədir?  |     17:23 Şahruddin əməliyyat olundu  |     17:06 Altı faydalı qazıntı yatağı hərraca çıxarılacaq  |     16:57 Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi  |     16:41 Avtobus ana və övladını vurdu: Ölən var  |     16:12 Qubada sərnişin avtobusu ana və övladını vurdu - Ölən var  |    
Left Banner
Right Banner

Bakıda dələduzluq edən müğənniyə hökm oxundu

18.02.2019 18:08 4 904
Bakıda dələduzluq edən müğənniyə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri, müğənni Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Vəlizadə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyini vəd edib.

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.
//oxu.azскачать dle 11.3