Mojo.az Banner
23:03 İranda zavodda partlayış oldu - Ölənlər var  |     22:58 İlin sözü seçildi  |     22:51 Velosipeddən yıxılan 9 yaşlı uşaq öldü  |     22:49 Naxçıvanın Ali Məhkəməsinin yeni sədri kimdir? - DOSYE  |     22:45 Məhkuma telefon ötürülməsinin qarşısı alınıb  |     22:42 Qurban Qurbanov Əkbərlə görüşdü - Video  |     22:36 Ukraynada 100 gün ərzində prezident seçkiləri keçirilə bilər  |     22:31 Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı  |     22:26 "Eliko"nun vəzifəli şəxsi cərimələndi  |     22:19 FHN 3 nəfərin meyitini aşkarlayıb  |     22:13 “Neftçi” xal itirdi  |     22:08 Gizir Xanıya şəhidlik statusu verildi  |     21:53 DİN və prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı  |     21:39 Şabranda qanunsuz ov edən şəxs saxlanılıb  |     21:33 Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək  |     21:25 Gömrük generalı təqaüdə göndərildi  |     21:24 Türkiyədə tanınmış jurnalistlərin narkoloji test nəticəsi məlum oldu  |     21:15 Azərbaycanda bu məktəblər distant təhsilə keçəcək (VİDEO)  |     21:09 Xaçmazın 26 kəndində qaz olmayacaq  |     21:01 Vüqar Əhməd sərbəst buraxıldı  |    
Left Banner
Right Banner

Qubada yeraltı təkanlar gözlənilir: Təşvişə əsas yoxdur

17.01.2019 15:04 4 191
Qubada yeraltı təkanlar gözlənilir: Təşvişə əsas yoxdur
Anomal hava şəraitinin zəlzələ ocaqlarına heç bir təsiri yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir. Bizim proqnozlarımıza əsasən, yaxın 15 gündə yeraltı təkanları Qubada gözləməyə dəyər. Ancaq təşvişə ehtiyac yoxdur, çünki yeraltı təkanlar zəif olacaq.

Bu fikirləri Media.Az-a açıqlamasında Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Kompleks geokimya tədqiqatları” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova deyib.

Onun sözlərinə görə, Qubadakı zəlzələnin lokal maqnitudası 3,03-3,09 olacaq. O əlavə edib ki, “Kompleks geokimya tədqiqatları” şöbəsinin əməkdaşları Azərbaycanın altı seysmik zonasındakı 27 müşahidə obyektində hər gün monitorinqlər aparır.

Qeyd edək ki, seysmoflüidodinamik tədqiqatlar seysmogeokimyəvi və seysmohidrogeodinamik metodlarla aparılır. Yeraltı sular və Xəzər dənizinin suyu, həll olunmuş qazlar və yer səthinin radioaktiv emissiyaları həmin tədqiqatların obyektləridir.
скачать dle 11.3