Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Rövnəq Abdullayev: Sentyabrda STAR-da ilk məhsulun satışı baş tutacaq

09.05.2018 11:53 6 547
Rövnəq Abdullayev: Sentyabrda STAR-da ilk məhsulun satışı baş tutacaq
Məhsullarını təxminən 40 ölkəyə ixrac edən “Petkim” 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırıb.

Bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib:

“Holdinqin səhmlərinin dəyəri 8,7 dəfə yüksəlib. “Petkim”i xammal ilə təmin edəcək STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək.

Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsulların bir qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq”.

R.Abdullayev qeyd edib ki, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur:

“Azərbaycan dünya bazarında təkcə xam neft və qaz ixracatçısı kimi deyil, həm də neft və neft-kimya məhsullarının istehsalçısı kimi tanınır. SOCAR emal və kimya məhsullarını hazırda ABŞ, İtaliya, Misir, Çin də daxil olmaqla onlarca ölkəyə ixrac edir. Xam neftin qiyməti aşağı düşdüyü halda, neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi yüksəlib”.

Məlum olub ki, cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq.

Son xəbərlər