Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı | 13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:37 Prezidentdən Əli Əsədovla bağlı Sərəncam | 13:30 Sabah hava necə olacaq? - 29.11.2026 | 13:24 Səlim Müslümova ağır itki | 13:21 Yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı | 13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb | 23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı |
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb

23.11.2023 12:59 3 504
Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb
Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin bir çox vətəndaşı ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qanunsuz əməl 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədilib. O, saxlanılaraq istintaqa təqdim edilib.

E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitlərini ödəniş sistemləri vasitəsilə nağdlaşdırıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Son xəbərlər