Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Qadına sataşanın ayaqlarını sındıraraq öldürən şəxslərin məhkəməsi başladı

20.11.2023 12:34 3 999
Qadına sataşanın ayaqlarını sındıraraq öldürən şəxslərin məhkəməsi başladı
Ali Məhkəmədə Bakıda xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən qohumların - Allahverdi İsmayılov və Ramin Şamilovun barələrindəki hökmdən verilən kassasiya şirkəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Allahverdi İsmayılov 18 il, Ramin Şamilov isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Qətl hadisəsi Bakının Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb. Meyitin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, E.Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb. Aparılan araşdırmalar nəticəsində polis əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri - 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar. İlkin ehtimallara görə, E.Abbasov öz inadkarlığının qurbanı olub. Kişi saxlanılan şəxslərdən birinin qohumu olan qadınla yaxınlıq etmək istəyib. Ancaq qadın buna etiraz edib. Lakin E.Abbasov ona zəng vurmağa davam edib. Bu zaman söhbətə A.İsmayılov qarışıb. O, telefon vasitəsilə E.Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarşısında görüşə çağırıb. E.Abbasov görüşə gəlib. İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında A.İsmayılov və R.Şamilov E.Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.

Son xəbərlər