Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:56 Bəşir Süleymanlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edildi | 19:50 Türkiyədə məscidi ildırım vurdu | 19:42 Maşını 160-la sürəndə qəza törədibmiş - Faciəvi hadisənin detalları | 19:37 Prokuror keçmiş vəkilə ağır cəza istədi | 19:30 Sabah Bakıda yağış yağacaq | 19:25 10 ayda sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb | 19:16 Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA | 19:11 "Süni intellektdən ehtiyatlı olmalıyıq" - Trampdan xəbərdarlıq | 19:04 “Aston Villa”da yeni müqavilə | 18:56 “WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK | 18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı politoloqlar dinc şəhərlərə hücumları pislədilər

29.10.2020 19:50 2 820
Rusiyalı politoloqlar dinc şəhərlərə hücumları pislədilər
Azərbaycanın dinc sakinlərinə qarşı Ermənistan tərəfindən edilən raket hücumları ilə bağlı Rusiyanın bəzi politoloqları fikirlərini bölüşüblər.

“Report”un Rusiya bürosu xəbər verir ki, hərbi ekspert İqor Korotçenko bu əməlləri müharibə cinayəti olaraq səciyyələndirərək Ermənistan rəhbərlərinin cəzalandırılmasının vacibliyini qeyd edib:

“Beynəlxalq humanitar hüquqa əsasən, mülki əhalini öldürmək, dinc şəhərləri atəşə tutmaq müharibə cinayəti sayılır, buna başqa ad vermək mümkün deyil. Yəni bu kimi əməllərə görə beynəlxalq cinayət məhkəməsinin təyin edəcəyi müvafiq cəzalar nəzərdə tutulur. Bəs bunu niyə edirlər? Başlıca səbəb, məncə, döyüş meydanında Ermənistan hərbi birləşmələrinin uğur qazana bilməyib geri çəkilməyə məcbur olmasıdır. Bunun əvəzini də bu cür hücumlarla çıxırlar”.

“Vesti Kavkaza” İnformasiya Agentliyinin baş eksperti Andrey Petrov da bu raket hücumlarını terror olaraq dəyərləndirərək Azərbaycanın mümkün qədər çox dinc sakinlərini öldürmək niyyəti daşıdığını bildirib:

“Azərbaycanın dinc şəhərlərinin vurulması əhaliyə qarşı törədilən terrordur. Artıq Ermənistanı terrorçu təşkilatın idarə etdiyini söyləyə bilərik. Yəni Nikol Paşinyan hökuməti Azərbaycanda mümkün qədər çox dinc sakini qətlə yetirmək, onlara vahimə salmaq məqsədini güdən terrorçu təşkilatdır, yalnız bu cür səciyyələndirilə bilər. Bu məqsədə doğru onlar ardıcıllıqla irəliləyirlər. Yəni həm bu hücum, həm də əvvəlki hücumlar heç də məsələn, azad olunan bir ərazinin qisasını almaq və ya qorxutmaq məqsədli hansısa əlahiddə bir əməliyyat deyil. Paşinyan rejimi Azərbaycan əhalisini məhv etməyi nəzərdə tutan konkret bir planı var və bu plana da əməl edirlər. Odur ki, bütün beynəlxalq təşkilatlar bunu dərk etməli, qəbul etməlidir. Ermənistanın törətdiyi müharibə cinayətlərini tanımaq və bu terrorçuluq fəaliyyətinə son vermələri üçün onlara lazımi təzyiq göstərmək lazımdır”.

Şərqşünas, türkoloq Yuri Mavaşev Ermənistanın başlıca məqsədinin Azərbaycana qarşı müharibəyə Rusiyanı da cəlb etmək olduğunu düşünür:

“Bu müharibədə elə lap əvvəldən mülki obyektlərə qarşı, həm də məhz Ermənistan tərəfindən Azərbaycan ərazisinə qarşı hücumların səciyyəvi hal alması göz qabağındadır. Bu, çox mühüm məqamdır, çünki bu müharibəyə KTMT-ni cəlb etmək, Rusiyanın Ermənistan tərəfində iştirakına nail olmaq məqsədilə mütəmadi təxribatlar törədilir”.

Son xəbərlər