Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif |
Mojo.az Avto
Mojo.az Avto

Deputat: “Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu?”

29.10.2020 13:23 2 316
Deputat: “Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu?”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü deputat Vüqar Bayramov koronavirus ilə bağlı paylaşım edib.

Onun sözlərinə görə, Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək uzadılıb:

“Bir sıra Avropa ölkələri yenidən sərt karantinin tətbiqinə başlayırlar. Belə görünür ki, yoluxma sayının artması dünyanı yenidən sərt karantinə qayıtmağa məcbur edir. Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu?

Ölkəmizin haqq savaşı apardığını və bu vacib məqamlarda real sektorun arxa cəbhə kimi fəaliyyətinə daha çox ehtiyac duyulduğunu nəzərə alsaq sərt karantin rejiminə qayıtmağı məqsədəuyğun hesab etmirik.

Digər tərəfdən, sərt karantin bütün hallarda məşğulluğa təsir göstərir və özəl sektorda iş yerlərinin sayını azaldır. Bu baxımdan, özəl sektorun mövcud qaydalar ilə fəaliyyətini davam etdirməsi daha məqsədəuyğundur. Amma yoluxma sayı kəskin artarsa, o zaman karantin rejiminin sərtləşdirilməsi istisna edilmir.

Deməli, sərt karantin tətbiq edilib-edilməməsi də hər birimizdən asılıdır. Yoluxma sayının minimuma endirilməsi üçün hər birimizin pandemiya qaydalarına əməl etməyimiz çox və əvvəllər olduğundan daha vacibdir”.

“Dünən isə, ölkəmizdə koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu, o deməkdir ki, yalnız bir gündə xəstəxanalarımızdakı 648 çarpayı virusa yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb.

Hər savaşda şəhid və yaralılar olur. Əvvəllər də qeyd etdiyimiz kimi, bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz və əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək.

Deməli, qaydalara əməl etməyimiz yalnız sərt karantin rejiminin qayıtmaması üçün deyil, həm də haqq işimizə dəstək olmağımız baxımdan vacibdir. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”, - deyə deputat qeyd edib.

Son xəbərlər