Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah Bakıda 39 dərəcə isti olacaq

08.07.2020 16:55 2 901
Sabah Bakıda 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 9-da Abşeron yarımadasında isti temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Son xəbərlər