Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:04 “Aston Villa”da yeni müqavilə | 18:56 “WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK | 18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə |
Mojo.az Avto
Mojo.az Avto

Daha bir marşrut xətti “BakuBus”a verildi

22.05.2020 16:33 3 705
Daha bir marşrut xətti “BakuBus”a verildi
“Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin (“Neftçilər” metrostansiyası - Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən monitorinqlər nəticəsində “Transkontrol” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

İstehsalat bazası olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub.

Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdarlıq olsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq, xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.

Sabahdan etibarən 30 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, Avro-6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu isə gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda, bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.

Qeyd edilib ki, keçirilən müsabiqə əsasında “BakuBus” MMC-yə həvalə edilən marşrut xətləri üzrə dəyişikliklər mərhələli şəkildə icra ediləcək və bu barədə əvvəlcədən məlumat veriləcək.

Son xəbərlər