Mojo.az Banner
23:01 Rusiyada “Telegram”a giriş məhdudlaşdırıldı  |     22:54 Xamenei 2 mindən çox məhkumu əfv etdi  |     22:49 Kadırov oğluna daha bir vəzifə verdi  |     22:44 Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib  |     22:38 Bakıda iki qadın bank kartından pul oğurlayıb, alış-veriş etdilər  |     22:33 Uşağa ad qoymaqla bağlı yeni qayda  |     22:25 Azərbaycanda bu materialların istifadəsi qadağan edilir  |     22:20 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     22:13 Həbsdən çıxan şəxs bütün ailə üzvlərini qətlə yetirdi - Ankarada faciə  |     22:07 Azad olunan ərazilərdə yaşayan vətəndaşların sayı açıqlandı  |     21:59 35 "zapravka"nın fəaliyyəti məhdudlaşdırılıb  |     21:54 Türkiyə, Naxçıvan və Azərbaycanı birləşdirəcək yoldan son görüntülər (VİDEO)  |     21:48 Əmlak bazarında alıcı qıtlığı: Qiymətlər enəckmi?  |     21:40 Pensiya artımları belə hesablanacaq?  |     21:35 Məhkəmə qərarı olmadan telefon və kompüterlərə baxış mümkün olacaq  |     21:26 Sabah hava necə olacaq?  |     21:20 Bakıda daha bir ərazidə böyük söküntü - Sakinlərə bildirişlər paylanılıb  |     21:12 Azərbaycanda toyuq əti bahalaşacaq? (Video)  |     21:07 "Guavalab"ın 200 işçisi ixtisar olundu, maaşlar ödənmədi (Video)  |     21:00 Alyona Əliyeva Gəncə Autizm Mərkəzindən paylaşım edib - FOTO  |    
Left Banner
Right Banner

“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA

28.03.2020 17:39 2 762
“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA
Martın 29-dan etibarən paytaxtda şəhərdaxili fəaliyyət göstərən “BakuBus” avtobuslarının fəaliyyətinin dayandırılması barədə məlumat yayılıb.

İddia olunur ki, sürücülər avtobusdan istifadə edən vətəndaşlara sabahdan işləməyəcəklərini deyir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik.

BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirdi ki, yayılan informasiya həqiqəti əks etdirmir:

“Hazırda avtobusların işləyib-işləməməsi Nazirlər Kabineti yanında operativ qərargahdan gələn tapşırıqlar əsasında tənzimlənir”.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.скачать dle 11.3