İranın Bəndər-Abbas limanındakı yanğın nəzarətə alındı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Tramp: İran razılaşmadan imtina etsə, ABŞ neft ixracını sıfıra endirəcək  |     22:46 Məcnun Məmmədov koronavirusa yoluxub  |     22:38 Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib  |     22:30 Ramaldan danışıb ağladı - VİDEO  |     22:23 Azərbaycanın Su-25 təyyarələrinin qatıldığı “Anadolu Ankası-2025” beynəlxalq təlimi başlayıb - YENİLƏNİB  |     22:15 ANAMA-nın vəzifəli şəxsi bu səbəbdən işdən çıxarıldı  |     22:07 Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı  |     22:00 Piknikə gedəndə bu rəng paltarlar geyinməyin - Gənə yapışacaq  |     21:52 Bu şəxslərə mənzil veriləcək  |     21:49 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     21:45 Döyülərək öldürülən Elgünün atası DANIŞDI - VİDEO  |     21:38 Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü  |     21:30 Daşkəsənə dolu yağıb  |     21:18 10 əlamət hormonal balanssızlığı göstərə bilər  |     20:57 Bakıda 128 yaşlı tarixi bina sökülüb?  |     20:41 Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş  |     20:24 Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu  |     20:19 Bu ilin I rübündə yanğında həlak olanların sayı açıqlandı  |     20:10 Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı  |     19:59 Bu ölkələri seçməklə xaricdə ödənişsiz təhsil ala bilərsiniz - SİYAHI  |    

İranın Bəndər-Abbas limanındakı yanğın nəzarətə alındı

İranın cənubundakı Hörmüzqan əyalətində, Bəndər-Abbas limanında baş verən böyük yanğında alov nəzarət altına alınıb.

Median.Az
-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın İrandakı səfirliyi xəbər verib.

Bildirilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində yardım göstəriblər, fövqəladə vəziyyət rejimi milli səviyyədən regional səviyyəyə endirilib.

"Alov nəzarət altına alınıb, fövqəladə vəziyyət rejimi milli səviyyədən regional səviyyəyə endirilib. Demək olar ki, iş sona yaxınlaşır. Ümid edirik ki, xoşagəlməz sürprizlər olmayacaq", - deyə diplomatik missiyanın rəsmi məlumatında qeyd edilir.

Xatırladaq ki, aprelin 26-da Şəhid Rəcai limanında kimyəvi maddələr anbarında partlayış baş verib. Hadisə nəticəsində azı 70 nəfər həlak olub, 1.2 mindən çox insan xəsarət alıb. İran Daxili İşlər Nazirliyi hadisəni səhlənkarlıqla əlaqələndirir. İran tərəfi zərər çəkmiş ərazidə hərbi yüklərin olduğunu inkar edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 29.04.25 11:56