Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:49 Bakının bir küçəsi bağlıdır - SƏBƏB  |     12:40 Xırdalanda kişi özünü 10 mərtəbəli binadan atdı  |     12:27 Sahibkarların milyonlarla manatını mənimsəyən şəxs hakim qarşısında - VİDEO  |     12:24 Monitorinqlərin nəticələri AÇIQLANDI - Hansı çimərliklərdən istifadə etmək olmaz?  |     12:09 Süni intellekt indi də “WhatsApp”da - Özü cavab verəcək  |     12:07 Bazar günü imtahan verəcək şagirdlərin nəzərinə!  |     12:05 Rusiya vətandaşı Zaqatalada bədbəxt hadisə nəticəsində öldü  |     12:04 Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq ETDİ  |     12:03 İnterpol xətti ilə tutulan şəxsə Azərbaycanda hökm oxundu  |     12:02 AXCP sədr müavini Şirvanda oğurluğa görə saxlanıldı - FOTO  |     12:01 Moskvadan Lənkərana uçuşlar başlayacaq  |     11:59 Maştağada kişi meyiti aşkarlandı  |     11:57 Azərbaycanda bələdiyyənin möhür və ştampı yoxa çıxdı  |     11:56 Sərbəst güləşçimiz Macarıstanda mübarizəyə qoşulacaq  |     11:55 Futbol meydançasındakı söyüşə görə mübahisə qanla nəticələndi - HÖKM  |     11:52 Azərbaycanda yüksək vəzifələrə TƏYİNATLAR  |     11:47 Bakının bir sıra rayonlarında qaz olmayacaq  |     11:46 Azərbaycanda 39 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA  |     11:44 Qusarda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü  |     11:39 Uşaqlara görə erkən yaşda əmək pensiyasından hansı halda yararlanmaq mümkündür?  |    

Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir - VİDEO

Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, oktyabrın 8-də Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu cəlb edilməklə Aviasiya dəstəsinin 1 ədəd helikopteri vasitəsilə davam etdirilir.

Qeyd edək ki, oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nöm­rəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub. Bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlumatlandırılıb. Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilib və 9 oktyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gə­minin bortuna götürülüblər. Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib. Üzmə heyətinin digər üzvü Neftçala rayo­nu­nun sakini 1976-cı il təvəl­lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 058 16.10.19 20:44