Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ" "Sabah"ı darmadağın edib - YENİLƏNİB

13.04.2019 21:50 2 977
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Median.Az
-ın report-a istinadən məlumatına görə, çempionluğa iddialı "Qarabağ" debütant "Sabah"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 10-cu dəqiqədə Riçard Almeyda vurub. 65-ci dəqiqədə Filip Ozobiç fərqi iki topa çatdırıb. 77-ci dəqiqədə Mahir Mədətov hesab arasındakı fərqi daha da artırıb.

Bu nəticədən sonra xallarının sayını 54-ə yüksəldən "Qarabağ" bir günlük də olsa, vahid lider olub. "Sabah" isə 26 xalla 5-cidir.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" "Sumqayıt"ı məğlub edib - 2:0. Tura sabah keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

***17:55

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

Median.Az-ın report-a istinadən məlumatına görə, açılış matçında "Zirə" "Sumqayıt"ı qəbul edib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qəsəbə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu "Zirə"nin legioneri Xulio Sezar Rodrigez vurub. Paraqvaylı hücumçu 31-ci dəqiqədə hesabı açıb. İlkin Qırtımov isə 90+1-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Bu nəticədən sonra 25-ci xalını qazanan "Zirə" 6-cı pillədəki yerini möhkəmləndirib. "Sumqayıt" isə 20 xalla 7-cidir.

Qeyd edək ki, günün digər oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək. Tura sabah keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" qarşılaşmaları ilə yekun vurulacaq.

Son xəbərlər