Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın iki güləşçisi Avropa çempionatında bürünc medal qazanıb - VİDEO - YENİLƏNİB

13.04.2019 21:13 3 713
Azərbaycanın iki güləşçisi Avropa çempionatında bürünc medal qazanıb - VİDEO - YENİLƏNİB
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Median.Az
report-a istinadən xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib.

Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans verməyib və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan Əzizli aprelin 13-də bürünc medal uğrunda türk idmançıyla güləşib və çətinlik çəkmədən qələbə qazanıb.

Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb. Ancaq bu mərhələdə Norveç idmançısına yenilib. Məmmədov bürünc medal uğrunda görüşdə erməni idmançı Slavik Qalstyanı 6:2 hesabı ilə məğlub edib.

Elvin Mürsəliyev ilk mərhələdə alman həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyindən Elvin aprelin 13-də təsəlliverici görüşə çıxıb. Mürsəliyev dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə uduzub.

İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala çıxan 3-cü yunan-Roma güləşçimiz olub. İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İslam aprelin 13-də həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gələcək.

Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli dünya çempionuna uduzub. Rza Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni aprelin 13-də təsəlliverici görüşlə davam etdirmək imkanı verib. Sabah ilk təsəlliverici görüşdə çətinlik çəkmədən xorvat güləşçini mübarizədən kənarlaşdırıb. İkinci təsəlliverici görüşdə yerli idmançıyla qarşılaşan yığma üzvü hakimlərin qərəzli idarəçiliyi fonunda xalçadan məğlub ayrılıb.

55 kq

Təsnifat - Eldəniz Əzizli - Sebastyan Kolompar (SRB) 9:0

1/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (GEO) 9:0

1/2 final - Eldəniz Əzizli - Vitaliy Kabaloev (RUS) 5:7

Bürünc medal görüşü - Eldəniz Əzizli - Şerif Kılıc (TUR) 8:0

63 kq

Təsnifat - Taleh Məmmədov - Donior İslamov (MDA) 8:3

1/4 final - Taleh Məmmədov - Mihay Radu Mihut (ROU) 8:7

1/2 final - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:5

Bürünc medal görüşü - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) - 6:2

77 kq

Təsnifat - Elvin Mürsəliyev - Roland Şvarts (GER) 0:6

Təsəlliverici görüş - Elvin Mürsəliyev - Arsen Culfalakyan (ARM) 1:2

87 kq

Təsnifat - İslam Abbasov - Denis Kudla (GER) *1:1

1/8 final - İslam Abbasov - David Çakvetadze (RUS) 2:1

1/4 final - İslam Abbasov - Maksim Manukyan (ARM) 6:1

1/2 final - İslam Abbasov - Nikolay Stadub (BLR) 4:0

FİNAL - İslam Abbasov - Jan Belenyuk (UKR)

130 kq

Təsnifat - Sabah Şəriəti - Stepan David (CZE) 7:1

1/8 final - Sabah Şəriəti - Rza Kayaalp (TUR) 0:5

Təsəlliverici görüş - Sabah Şəriəti - Ante Milkoviç (CRO) 10:2

Təsəlliverici görüş - Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (ROU) 0:2

Son xəbərlər