Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Median.Az-ın report-a istinadən məlumatına görə, 70 kq çəki dərəcəsində yarışan Ağahüseyn Mustafayev yarımfinalda Almaniya təmsilçisi Nikolae Koyokaruya qalib gəlib - 6:0.
O, finalda Mustafa Kaya (Türkiyə) - Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibi ilə güləşəcək. Daha əvvəl Hacı Əliyev (65) də finala yüksəlib.
Qeyd edək ki, sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79) da yarımfinal görüşünə çıxacaq.
***19:41
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Median.Az-ın report-a istinadən məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultanı məğlub edib - 12:2. O, finalda türkiyəli Selahəttin Kılıcsallayanla qarşılaşacaq. Final görüşləri sabah keçiriləcək.
Qeyd edək ki, bu gün digər sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79) da yarımfinal görüşlərinə çıxacaqlar.
комментариев