Azərbaycan Ağır Atletika Federasiyasının daha bir idmançısının dopinqinin müddəti açıqlanıb.
+105 kq çəki dərəcəsində bu il Azərbaycan çempionu olmuş Azər Məmmədlinin qanında etiokolanolone maddəsi tapılıb.
O, dörd illik cəzalandırılıb. Məmmədlinin cəzası bu ilin iyulun 17-dən hesablanıb və 2022-ci ilin müvafiq tarixində başa çatacaq.
Qeyd edək ki, Azər Məmmədlidən başqa, hazırda səkkiz ağırlıqqaldıranımız – İntiqam Zairov, Valentin Xristov, Firudin Quliyev, Dadaş Dadaşbəyli, Silviya Anqelova, Elxan Əliqulizadə, İsa Rüstəmov və Anastasiya İbrahimli cəzalı durumdadır. İlk altı idmançımızın cəzası 2015-ci ildən, son iki atletimizin cəzası isə ötən ildən hesablanmağa başlayıb.
//oxu.az