Azərbaycanlı kikboksçu Zabit Səmədov karyerasını başa vurduğunu açıqlayıb.
Dekabrın 2-də “Akhmat Fight Show” çərçivəsində azərbaycanlı “Mauqli” Yevqeni Orlovu nokauta göndərib.
Döyüşdən sonra o, “Belarus 5” telekanalına müsahibə verərkən karyerasını başa vuracağını bildirib.
“Son zamanlar mənim başqa məqsədlərim yaranıb. Bu, çox maraqlı idi, ancaq indi həyatım dəyişib. Mən Azərbaycandan öz klubumu yaradacam. Orada peşəkar məşqçilər işləyəcək, döyüşçülər isə klubumun adından çıxış edəcəklər. Mən menecer işi ilə məşğul olacam və öz brendimi inkişaf etdirəcəm. Düşünürəm ki, rinqdə bir və ya iki döyüş keçirəcəm və karyeramı başa vuracam”, - Z.Səmədov deyib.//oxu.az