"Futbolçuları pulsuz qoyun, ağılları başlarına gəlsin" - Aqil Abbas » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:44 Pasiyentini ömürlük şikəst edən həkim yenidən məhkəməyə müraciət etdi  |     12:43 Sumqayıtda yol-nəqliyyat hadisəsi olub: Ölən var  |     12:36 "Microsoft"a qarşı 1 milyard dollardan çox antiinhisar iddiası qaldırılıb  |     12:35 Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb  |     12:26 Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO  |     12:12 "Apple" şirkəti "iPhone" vasitəsilə öz işçilərini izləyir - İDDİA  |     12:01 "Bavariya"nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı  |     11:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi  |     11:52 Makron istefa verməkdən imtina etdi  |     11:49 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |    

"Futbolçuları pulsuz qoyun, ağılları başlarına gəlsin" - Aqil Abbas

Median.Az xəbər verir ki, millət vəkili Aqil Abbasın Oxu.Az saytına müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:

– Aqil müəllim, millimizin oyununa baxdınızmı?

– Baxdım.

– Kosovo ilə oyun millimizin qrup qalibi olmaq, eləcə də, Avropa çempionatına vəsiqə qazanması baxımından vacib görüş idi. Amma 0:4 hesabı ilə uduzduq. Bu nəticəni gözləyirdinizmi?

– Uduzacaqlarını gözləyirdim, amma bu hesabla yox. Bilirsiniz, Qurban Qurbanovu günahlandırmaq düzgün deyil. Bu məsələdə onluq bir şey yoxdur. O yazığın əlinin altında material yoxdur. Əlinin altında material olmadıqdan sonra necə nəticə göstərə bilərsən ki?

– Hesab 0:3 olduqdan sonra televizoru söndürmək qərarına gəlmədiniz?

– Yox, söndürmədim. Dedim, görüm, bu məsələnin sonu necə olur, görüm bunlar neyləmək istəyir? Bizdə Dmitri Nazarov və Pavel Paşayev meydanda olmasaydı, doqquz nəfərlə oynasaydıq, bundan yaxşı çıxış edərdik. Elə Riçard Almeyda da onlar günündə idi. Sadəcə, Riçard onlara baxanda şükürlü idi. Bu futbolçular bizdən yox, rəqibdən oynayırdı.

Yəqin ki, formaları qarışıq salıblar. Axı, həmişə biz göy forma ilə oynayırdıq. Bu dəfə ağ ilə meydana çıxdığımızdan, bizim millini rəqib sayıblar... Bu futbolçularda mən alışıb-yanmaq, meydanda can qoymaq görmədim. Nə veclərinə, klublarında pullarını alırlar, ciblərinə qoyurlar, üstəlik, millidən də qazanırlar.

Onları pulsuz qoy, görüm necə oynayırlar. Biz Lenini bəyənmirik. Amma onun yaxşı sözü vardı. Deyirdi ki, işsizlik ölkənin inkişafına gətirib çıxarır. İndi bu futbolçuları pulsuz qoymaq lazımdır ki, ağılları başlarına gəlsin.

– Bu darmadağından sonra millimizlə, futbolla bağlı Milli Məclisdə məsələ qaldırmaq fikriniz varmı?

– Bilirsiniz, bu məsələ Milli Məclislik deyil. Amma belə futbolumuza görə bir-iki dəfə Milli Məclisdə çıxış etmişəm. Mən düşünürəm ki, Milli Məclisin futbol komandası Kosovoda oyuna çıxsaydı, bu hesabla uduzmazdı. Hesab edirəm ki, Azərbacyanda ən zəif komanda "Səbail”dir. Əgər millinin yerinə "Səbail” oynasaydı, vallah, uzağı 0:1 uduzacaqdı.

– Oyundan öncə himnimiz fitə basıldı. Bu, 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovonu hələ də suveren dövlət kimi tanımamağımızdan irəli gələ bilərmi?

– Buna heç təəccüblənmədim. Qara Qarayevin fitə basılmağımızla bağlı fikirlərini oxuyuram. Fitə basılarıq da. Kosovo Serbiyanın erməniləridir. Bu ölkə Rusiyanın acığına, ABŞ, NATO tərəfindən yaradılmış dövlətdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 850 21.11.18 17:07