İngiltərə Premyer Liqasının (İPL) nizam-intizam komitəsi "Nottingem Forest"in prezidenti Evangelos Marinakisi diskvalifikasiya edib.
Marinakis İPL-in altıncı turunda "Fulhem"lə matçdan sonra hakim Coş Smitin ayağına tüpürdüyünə görə cəzalandırılıb.
Həmin görüşdə 0:1 hesabı ilə məğlub olan "Nottingem Forest" yeganə qolu narazı qaldığı penaltidən buraxıb.
Beləliklə, Evangelos Marinakis klubunun qarşıdakı beş oyununda iştirak edə bilməyəcək.
Həmçinin klub funksionerinə xəbərdarlıq edilib ki, pozuntuların təkrarlanması halında sanksiyalar daha ciddi olacaq.
Qeyd edək ki, "Nottingem Forest" İPL-in səkkizinci turundan sonra 13 xalla səkkizinci yerdə qərarlaşıb.