2025-ci il üçün "Formula-1" komandalarının ilkin reytinqi təqdim edilib.
Median.Az xəbər verir ki, bu barədə "Autosport" məlumat yayıb.
Maraqlıdır ki, bu mövsümün ilk favoriti, Avstriyanın "Red Bull" komandası yalnız dördüncü yerdə qərarlaşıb. Siyahıya başçılıq edən "Ferrari", yeddiqat dünya çempionu britaniyalı Lyuis Hemilton və moneqasklı Şarl Leklerdir.
Valtteri Bottas təsdiqlənsəydi, "Kik-Zauber" səkkizinci yeri tuta bilərdi. "RB" isə həm Liam Louson, həm də Daniel Rikkardo ilə yeddinci yerdə qalacaqdı.
"Autosport"a görə, 2025-ci il mövsümü üçün "Formula-1" komandalarının reytinqi:
1. "Ferrari" (Lyuis Hemilton, Şarl Lekler).
2. "McLaren" (Lando Norris, Oskar Piastri).
3. "Uilyams" (Karlos Sayns-kiçik, Aleks Albon).
4. "Red Bull" (Maks Ferstappen, Serxio Peres).
5. "Mercedes" (Corc Rassel, Andrea Kimi Antonelli).
6. "Aston Martin" (Fernando Alonso, Lens Stroll).
7. "RB" (Yuki Tsunoda, elan olunmayıb).
8. "Haas" (Esteban Okon, Oliver Berman).
9. "Alpin" (Pyer Qasli, Cek Duen).
10. "Kik-Zauber" (Niko Hülkenberq, elan olunmayıb).