Bakı növbəti dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi etdi. Formula 1 Azərbaycan Qran Prisi növbəti rekorda imza atdı.
13-15 sentyabr tarixlərində baş tutmuş möhtəşəm idman yarışını tribunalardan və ayaqüstü izləyənlərin sayı son 8 ildə ən yüksək həddə çataraq 76 minə yüksəlib.
Tribunalar daha yarış başlamamış tam doldu! Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il daha yeni 2 tribuna quraşdırılmaqla ümumilikdə tribunaların sayını 10-a çatdırdı.
Ötən illə müqayisədə izləyici yerlərinin sayında 35 faiz artım oldu. Maraqlı faktlardan biri yerli azarkeşlər sayına görə top 5 ölkə sırasında yer almasıdır. Yüksələn marağı nəzərə alaraq, gələn il azarkeş yerinin artırılması nəzərdə tutulur.