"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i məğlub edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:04 Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb  |     21:59 Ağdamın üç kəndində tikinti işləri tamamlanmaq üzrədir  |     21:50 Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub  |     21:44 Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib  |     21:37 Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı azalıb  |     21:29 "Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub  |     21:23 Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, şübhəlilər saxlanılıb  |     21:16 Nəsimi rayonunda narkotik əməliyyatı: Üç nəfər saxlanıldı - VİDEO  |     21:09 KİV: İranın qanunsuz neft satışından gəliri 200 milyard dollara çatıb  |     21:05 Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir  |     20:52 Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     20:47 Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib  |     20:30 Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb  |     20:18 Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb  |     19:41 Azərbaycanda zəlzələ oldu  |     19:23 Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb  |     19:08 KİV: İsrail İranın hücumuna tezliklə cavab verəcək  |     19:06 Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ  |     18:49 "Bavariya"nın iki futbolçusu "Mançester Yunayted"in maraq dairəsinə düşüb  |     18:15 Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb  |    

"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i məğlub edib

İtaliya A Seriyasının 5-ci turunda "İnter" və "Milan" arasında oyun baş tutub.

Komandalar İtaliyanın Milan şəhərində “San Siro” (Cüzeppe Meazza) stadionunda qarşılaşıblar.

Görüşü Mauritsio Marianinin (Roma) başçılıq etdiyi hakim briqadası idarə edib. "Milan" 2:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, "Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i yenib.

Belə ki, 10-cu dəqiqədə "Milan"ın hücumçusu Kristian Pulişiç fərqlənib. 28-ci dəqiqədə "İnter"in müdafiəçisi Federico Dimarko Lautaro Martinesin ötürməsindən sonra hesabı bərabərləşdirib. 89-cu dəqiqədə "Milan"ın müdafiəçisi Matteo Qabbia Teyani Reyndersin ötürməsindən sonra topu tora göndərib.

Bu qələbədən sonra "Milan" səkkiz xal toplayaraq A Seriyasının turnir cədvəlində altıncı yerdə qərarlaşıb. "İnter"in də aktivində səkkiz xal var və yeddinci yerdədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 23.09.24 19:13