Büdcə azlığı ilə əlaqədar Astanada təşkil olunan Ümumdünya Köçəri Oyunlarının bağlanış mərasimi protokol formatında, tamaşaçılarsız keçiriləcək.
Bu barədə yarışın təşkilatçıları məlumat yayıblar.
Qeyd edək ki, sentyabrın 8-dən 13-dək Qazaxıstanın paytaxtında təşkil olunan oyunlara 89 ölkədən 2 500-ə yaxın iştirakçı qatılıb. Oyunların bağlanış mərasimi sentyabrın 13-də keçiriləcək.
Xatırladaq ki, Ümumdünya Köçəri Oyunları beşinci dəfədir keçirilir. İlk yarışlar 2014-cü ildə Qırğızıstanda baş tutub.