Vyetnam Futbol Federasiyası “Yaqi” super qasırğasının yaxınlaşması ilə əlaqədar Hanoyda yoldaşlıq turniri çərçivəsində Rusiya və Tailand yığmaları arasında keçiriləcək oyunu təxirə salıb.
Bu barədə “Thanh Nien” məlumat yayıb.
Görüş sentyabrın 7-də “My Dinh” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi.
Qeyd olunub ki, hazırda matçın sentyabrın 8-də eyni vaxtda keçirilməsi müzakirə olunur.