Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək.
İdman.biz xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə təşkil olunacaq.
Avqustun 31-də Kür çayının iki sahili arasında “Kürü keçək?!” yarışı Mingəçevir şəhərində Kür çayında növbəti dəfə təşkil ediləcək. Peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə keçiriləcək yarışda bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
“Sən də Kürü keçənlərdən ol” şüarı ilə keçiriləcək yarışa qoşulmaq istəyənlər 28 avqust 2024-cü il tarixədək (saat 12:00-dək) aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:
https://events.smartscoring.com
İştirakçıların nəqliyyat və qidalanması təşkilatçılar tərəfindən təmin ediləcək. Qaliblər müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilmişdi.