Şimali irlandiyalı qolfçu Qrem Makdouell diskvalifikasiya edilib.
45 yaşlı idmançı iyunda antidopinq qaydalarını pozduğu üçün cəzalanıb.
Qadağan olunmuş maddədən istifadə edən qolfçunun cəzası qarşıdakı bir turnir üçün nəzərdə tutulub. O, həmçinin 125.000 ABŞ dolları (98.000 funt-sterlinq) məbləğində cərimələnib.
“Smash GC” komandasının üzvü olan Makdouell "LIV Golf Nashville"in avqustun 16-da qərbi Vircinyada keçiriləcək seriyasında iştirak edə bilməyəcək. O, yalnız 13-15 sentyabrda “LIV Golf Chicago”da yarışa qatılmaq hüququ qazanacaq. Bundan əlavə, onun komandasının "LIV Nashville" yarışındakı nəticələri ləğv olunub. Onun komandası 13 iştirakçı arasında 12-ci olmuşdu.
2010-cu ildə ABŞ Açıq Çempionatının qalibi olan idmançı yuxu problemi yaşadığına görə müəyyən dərmanlar istifadə etdiyini və onların qadağan olunduğunu bilmədiyini və bu səbəbdən sanksiya ilə razılaşdığını açıqlayıb.