Paris-2024-də 4-cü, tarixdə 53-cü MEDALIMIZ » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:09 Çin pensiya yaşını artırmağı planlaşdırır  |     18:58 Rusiyada qəribə hadisə: Tanımadığı şəxs barmağını dişlədi, bir müddət sonra öldü  |     18:52 Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb  |     18:39 Güney Azərbaycan təşkilatları Zəngəzur yolu ilə bağlı birgə bəyanat yayıblar  |     18:25 Kişi sirkə turşusu içib özünü öldürdü  |     18:05 Yeniyetmə qızdan şantajla 8400 manat aldı: Həbs olundu - FOTO  |     18:00 Naxçıvanda gecə saatlarında internet olmayacaq - SƏBƏB  |     17:58 AMEA-dan "Vikipediya"dan şəhidlərimizin məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA  |     17:55 Buraxılış və Azərbaycan dili imtahanının nəticələri açıqlandı  |     17:52 Fermada məktəblinin meyiti tapıldı  |     17:45 "Hələ dərs açılmamış vəziyyət belədirsə..."  |     17:37 Bakı yollarında COP29 üçün zolaq salınır - VİDEO  |     17:30 Dondurulmuş qidalar təhlükə yarada bilər  |     17:23 Yeddi ay ərzində Azərbaycanda 35 mindən çox ölüm qeydə alınıb  |     17:16 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub  |     17:08 Azərbaycanda əhalinin sayı açıqlandı  |     17:00 Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb  |     16:59 Azərbaycanda əhalinin sayı açıqlandı  |     15:27 Yer zərbə altında: Plazma buludu planetə yaxınlaşır  |     15:00 Müğənni Kərim Abbasovun toyda döyülməsi ilə bağlı YENİ DETALLAR  |    

Paris-2024-də 4-cü, tarixdə 53-cü MEDALIMIZ

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında 4-cü medalını qazanıb.

İdman.biz xəbər verir ki, bu uğura yunan-Roma güləşçisi Həsrət Cəfərov imza atıb.

Pəhləvanımız 67 kq çəkidə 3-cü olub. O, Azərbaycan yığmasının Fransa paytaxtındakı ilk bürüncünün sahibi olub.

Millimizin hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. Həsrətə qədər cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş medal əldə edib. Finala yüksələn boksçu Alfonso Dominqesin (92 kq) hansı əyarlı mükafat qazanacağı sabah dəqiqləşəcək.

Azərbaycan millisinin Olimpiadalardakı ümumi medal sayı 53-ə çatıb. Bunlardan 9-u qızıl, 15-i gümüş, 29-u bürüncdür.

Bu, güləşçilərimizin Parisdə ilk uğurudur. Ümumilikdə pəhləvanlarımız 26-cı olimpiya medalını əldə edib. Güləşdə 4 qızıl, 8 gümüş və 14 bürünc qazanılıb.

Yunan-Roma güləşində isə 8-ci mükafat əldə olunub. 1 qızıl və 2 gümüşü olan “klassiklərimiz” 5-ci bürüncə sahib çıxıb.

Qeyd edək ki, güləşçilərimiz Atlanta-1996-dan başlayaraq bütün Olimpiadalarda medal qazanıb. Yunan-Roma güləşində isə ən azı bir medal ənənəsi Afina-2004-dən başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 08.08.24 22:08