Parisdə Cənubi Sudan rəsmisinin içində minlərlə dollar olan çantası oğurlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |    

Parisdə Cənubi Sudan rəsmisinin içində minlərlə dollar olan çantası oğurlandı

Olimpiya Oyunlarının keçirildiyi Fransanın paytaxtı Parisdə naməlum şəxslər Cənubi Sudanın idman və gənclər siyasəti nazirinin müavininin içərisində 35 min dollar olan çantasını oğurlayıblar.

Bu barədə Median.Az TASS-a istinadən bildirir.

Məlumata görə, söhbət 2024-cü il Olimpiadası zamanı ölkə nümayəndə heyətinin saxlanılması üçün ayrılan vəsaitdən gedir.

İnsident bazar günü axşam saatlarında Viljuif ətrafında yerləşən hoteldə baş verib. Məmur çantasını hotelin foyesindəki stollardan birində nəzarətsiz qoyub. Həmin vaxt məkanda olan işçilər isə heç nə görmədiklərini deyiblər.

Çantada, həmçinin qızıl-zinət əşyaları, qadının sənədləri, mobil telefonu və olimpiya obyektlərinə giriş üçün müxtəlif vəsiqələr olub.

Çanta sonradan Paris yaxınlığındakı Massi kommunasında polis tərəfindən aşkar edilib, lakin içərisində pul və zinət əşyaları olmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 07.08.24 12:10