İsveçrəli triatlonçular Adrien Briffod və Simon Uestermann Paris Olimpiadasında kişilər arasında qarışıq estafet yarışılarında iştirakdan imtina ediblər.
İdmançılar buna səbəb kimi Sena çayında keçirilən triatlon yarışlarından sonra mədələrində yaranan problemləri göstərib.
Bu, Paris-2024-də ilk belə hal deyil. Bir neçə gün əvvəl belçikalı atlet Kler Mişel də Sena çayında çimdikdən sonra bağırsağına infeksiya düşmüşdü.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.