Türkiyəli idmançı: "Əlimi cibimə qoyaraq atəş açmağımın artistliklə heç bir əlaqəsi yoxdur" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Türkiyəli idmançı: "Əlimi cibimə qoyaraq atəş açmağımın artistliklə heç bir əlaqəsi yoxdur"

Fransada keçirilən Yay Olimpiya Oyunlarında pnevmatik tapança ilə atəşaçma yarışının finalına yüksələrək gümüş medal qazanan Türkiyəli idmançı Yusif Dikeçi qazandığı uğurun sirrini paylaşıb.

51 yaşlı türkiyəli idmançı "Radyo Gol" saytına mövzu ilə bağlı açıqlamasında söyləyib ki, o, hər iki gözü ilə sərrast atəş açmağı bacarır.

"Mən hər iki gözlə atəş açıram, əksər atıcılar bunu bir gözlə edir. İki gözlə atəş açmaq, məncə, daha yaxşıdır. Bunun üzərində çox araşdırma aparmışam, ona görə də avadanlığa ehtiyacım yox idi", - deyə o bildirib.

Yusif Dikeçi əli cibində atəş açmağına da toxunub:

"Əlimi cibimə qoyaraq atəş açmağımın artistliklə heç bir əlaqəsi yoxdur. Mən bu zaman daha motivasiyalı oluram və özümü daha rahat hiss edirəm. Əslində bu, bədənin tarazlığını təmin etmək və diqqətimi cəmləşdirmək üçündür", - deyə Yusif Dikeçi açıqlamasında vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 02.08.24 11:33