Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Paris-2024: Azərbaycanın dünya çempionu olan cüdoçusu mübarizəyə başlayır

01.08.2024 12:02 2 559
Paris-2024: Azərbaycanın dünya çempionu olan cüdoçusu mübarizəyə başlayır
Cüdo üzrə dünya çempionumuz Zelim Kotsoyev bu gün tatamı üzərinə çıxacaq.

Bu gün daha 18 dəst medal sahibini tapacaq.

Bununla da artıq başa çatan proqramların ümumi sayı 94-ə çatacaq. İlk beş gündə 76 mükafat dəsti uğrunda yarış yekunlaşıb.

Azərbaycan millisi 3 yarışda təmsil olunacaq. Boksçu Alfonso Dominqes 1/4 final görüşünə çıxacaq. O, qalib gəlsə, mükafatçılar sırasında yerini təmin edəcək.

Daha bir çempionluq ümidimiz Zelim Kotsoyev tatamidə mübarizə aparacaq. Basketbolun 3x3 növündə yarışan qadınlardan ibarət millimiz iki matça çıxacaq.

1 avqust

12:00. Cüdo, kişilər, 100 kq

1/8 final

Zelim Kotsoyev - Pyotr Kuçera (Polşa)/ Tomas Briçeno (Çili) cütünün qalibi

14:30. Basketbol 3x3, qadınlar

II tur

Azərbaycan - Fransa

19:54. Boks, kişilər, 92 kq

1/4 final

Alfonso Dominqes - Aybek Oralbay (Qazaxıstan)

20:30. Basketbol 3x3, qadınlar

III tur

Almaniya - Azərbaycan

Son xəbərlər