UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında əlavə vaxt başlayıb.
Median.Az xəbər verir ki, "Dalğa Arena"dakı matçın əsas vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.
Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.
Görüşdə hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq.
Qeyd edək ki, Bakı klubu qarşılaşmanı 10 nəfərlə davam etdirir. 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.