Şahin Diniyev: "Portuqaliya yığması Türkiyə millisindən bir az üstündür" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Kirayə evdə gizli kameranın olmasını harada yoxlamaq olar? - Şəxsi detektivdən məsləhət  |     22:56 100 ildən sonra sükan arxasında: dünyanın ən yaşlı sürücüsü kim oldu?  |     22:44 Sağlamlığınız üçün bu vərdişlərdən imtina edin  |     22:38 Antalyada yaxtada həbs edilən azərbaycanlı kimdir?  |     22:31 "Xalq artisti deyiləm deyə, ev almayım?"  |     22:27 Hərbi liseylərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ  |     22:19 Günəş eynəyi taxanlara XƏBƏRDARLIQ - KÖKƏLDİR  |     22:13 “Aztelekom”da 900 minlik yeyinti – “Mis Nazim” kimdir?  |     22:08 "Cavanşir" körpüsü bu tarixdə açılacaq - RƏSMİ  |     22:01 İçməli suyun baha olduğu ölkələr  |     21:56 Qadınlarda tez-tez aşkarlanan XƏSTƏLİK  |     21:49 Keçmiş direktor nazirlikdən nə tələb edir?  |     21:44 FHN-nin Tibb Xidməti İdarəsi ilə işçisi arasında nə baş verib?  |     21:40 1 milyon manatdan artıq pulu qanunsuz yollarla leqallaşdıranların məhkəməsi başlayır  |     21:35 Əhalinin banklarda nə qədər əmanəti var?  |     21:26 Qubada dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib  |     21:20 Azyaşlıların dini mərasimlərə aparılması düzgün deyil - RƏY  |     21:12 Əcnəbi kibercinayətkar müalicə müəssisəsinə köçürülüb, azadlığa çıxmaq istəyir  |     21:05 Sumqayıtda bir nəfər dənizdə batıb  |     20:58 Bu il Aşurada qanvermə məntəqələrinin sayı iki dəfədən çox artırılıb  |    

Şahin Diniyev: "Portuqaliya yığması Türkiyə millisindən bir az üstündür"

"Düşünürəm ki, Portuqaliya yığması keyfiyyət baxımından Türkiyə millisindən bir az üstündür".

Bunu "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda bu gün keçiriləcək matçla bağlı danışarkən deyib.

57 yaşlı mütəxəssis hər iki yığmanın sərgilədiyi oyun və keyfiyyət baxımından ortasəviyyəli komanda olduğunu söyləyib:

"Onların göstərdiyi oyun Fransa, Almaniya və İspaniya ilə müqayisə oluna bilməz. Hətta Avstriya yığmasından da aşağı səviyyədədir. Amma nəzərə almaq lazımdır ki, AVRO-2024-də bir qarşılaşma keçiriblər. Hər kollektiv ilk görüşlərdə ehtiyatlı davranır, ikinci oyunda isə daha sürətli və keyfiyyətli oynamağa çalışır. Çünki birinci matçı uduzmamaq onlar üçün çox vacibdir. Buna görə Türkiyə və Portuqaliya yığmaları ilk görüşlərdə ehtiyatlı oldular".

Ş.Diniyev Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu haqqında da danışıb:

"O, komandanın lideridir. Ancaq hazırda çox da təhlükəli deyil. Yığmanın orta xətti isə kifayət qədər güclüdür. Türkiyə seçməsi haqqında mənfi və ya müsbət nəsə demək çətindir. Gürcüstanla matçda müdafiədə çoxlu boşluqlar göründü. Hücumda da "dişsizlik" var. Sırf forvardla oynamırlar. Bu gün Türkiyə və Portuqaliyanın nəyə qadir olduğunu görəcəyik".

Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 22.06.24 16:48