Niderland və Fransanın qitə çempionatlarında dördüncü dueli: "Narıncılar" üstünlüyə malikdir » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:22 Leysan yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     13:21 Qarabağa avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılacaq  |     13:18 Bakıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldılar  |     13:17 Azərbaycanda qarajda görüşən qızla oğlan faciəli şəkildə öldülər  |     13:14 Bakının bir küçəsi bağlandı, bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi  |     13:11 Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - Son görüntüləri yayıldı (VİDEO)  |     13:08 Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının vəziyyəti necədir?  |     13:06 "Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi  |     13:06 Çimərlik mövsümü başlayandan suda boğulanların sayı AÇIQLANDI  |     13:04 UEFA Rodri və Alvaro Moratanı cəzalandıracaq  |     13:03 Ağadadaş Ağayev "Xalq artisti" adından MƏHRUM EDİLƏ BİLƏR?  |     13:01 İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı  |     12:56 Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin YENİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:53 Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü  |     12:52 Bibisinə qarşı quldurluq etmək istəyən şəxs və tanışı TUTULDULAR - FOTO  |     12:51 ABŞ-də ermənipərəst senator istefa verdi - YENİLƏNİB  |     12:49 Gənc oğlan özünü işıq dirəyindən ataraq öldürdü  |     12:47 Avropa çempionatında çıxış edən millimiz Gürcüstan seçməsinə qarşı  |     12:43 "WhatsApp"da internet olmadan işləyən yeni funksiya var - FOTO  |     12:38 Sağlam dəri üçün lazım olan vitaminlər hansılardır?  |    

Niderland və Fransanın qitə çempionatlarında dördüncü dueli: "Narıncılar" üstünlüyə malikdir

Almaniyada keçirilən Avropa çempionatının D qrupunda üz-üzə gələcək Niderland və Fransa milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatlarında) üç dəfə qarşılaşıblar.

Bunların hamısı qitəmiqyaslı yarışa təsadüf edib.

1996-cı ildə qolsuz başa çatan 1/4 final oyununda fransızlar penaltilər seriyasında üstün olublar - 5:4. Daha sonra qrup mərhələlərindəki hər iki görüşdə "narıncılar" qələbəyə seviniblər. 2000-ci ildəki matçda 3:2, 2008-ci ildə isə 4:1 hesabı qeydə alınıb.

D qrupunun digər oyununda Polşa Avstriyanın müqavimətini qırmağa çalışacaq. Tərəflər tarixdə böyük turnirlərdə ikinci dəfə görüşəcəklər. AVRO-2008-də də qrupda bir-birilərinə rəqib olan komandalar həmin vaxt heç-heçəyə razılaşıblar - 1:1.

Bu gün E qrupunun yeganə qarşılaşmasında Slovakiya və Ukrayna milliləri münasibətlərə aydınlıq gətirəcəklər. Tərəflər Avropa və dünya çempionatları tarixində ilk dəfə üz-üzə gələcəklər.

Qeyd edək ki, Slovakiya - Ukrayna matçı Bakı vaxtı ilə saat 17:00-da, Polşa - Avstriya görüşü 20:00-da, Niderland - Fransa qarşılaşması isə 23:00-da start götürəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 21.06.24 19:57