AFFA U-15 Liqasının qalibləri mükafatlandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:11 Kiberidman Olimpiadası təsis edildi  |     12:11 İsmayıllıda kişi şəlalədən düşərək öldü  |     12:08 Qəbələdə çətənə kolu yetişdirən şəxs tutuldu - VİDEO  |     12:06 Mingəçevirdə qazın verilişi dayandırılacaq  |     11:43 Gənc oğlan özünü işıq dirəyindən ataraq öldürdü  |     11:37 Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələr aparılıb  |     23:04 Bu rayonda işıq olmaycaq  |     22:51 Ağadadaş Ağayevin "balta insidenti" ilə bağlı YENİ MƏQAMLAR: "Qulağına 6 tikiş qoyulub..."  |     22:25 "Ağadadaş mədəni adamdır, onu hövsələdən çıxarıb” - Nadir Qafarzadə  |     22:18 Abşeronda qardaş qardaşı öldürəndən sonra intihar etdi  |     22:10 Polşa 150 ədəd zirehli avtomobil alacaq  |     22:05 Bakıda avtomobili salondan oğurladılar  |     21:58 50 yaşdan sonra bu qidalara ÜSTÜNLÜK VERİN  |     21:53 Bu smartfon sahibləri peyk rabitəsindən istifadə edə biləcəklər  |     21:47 Madonnanın oğlu zibil qutularında çörək axtarır  |     21:41 Uşağınıza oxumağı nə vaxt öyrətmək lazımdır?  |     21:34 Bu tərəvəz bir dəqiqədə şəkəri aşağı salır  |     21:29 Azərbaycanda bank kartlarının sayı 19 milyona çatdı  |     21:25 66 yaşlı Şeron Stoun... - Fotolar  |     21:16 Messi mühüm oyunu buraxacaq  |    

AFFA U-15 Liqasının qalibləri mükafatlandırılıb

AFFA U-15 Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

“ASCO Arena”da üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazanan “Neftçi” komandası yarışı üçüncü sırada tamamlayıb.

Final qarşılaşmasında “Qarabağ” və “Sabah“ komandaları üz-üzə gəliblər. 2:2 hesabı ilə başa çatan matçın penaltilər seriyasında 18:17 hesablı qələbə qazanan “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.

Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər müəyyənləşib. Mövsüm ərzində 38 qol vuran “Sabah”ın oyunçusu Samir Şərifov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Uğur Qurbanlı isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Mükafatları AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 21.06.24 19:30