UEFA Albaniya milli komandasını cərimələyib.
"Report" xəbər verir ki, qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin I turunda, İtaliya ilə matçda albaniyalı azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəriməsi tədbiq edib.
Meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, oyun zamanı azarkeşin meydana daxil olması və təxribat xarakterli mesajlar səbəbindən Albaniya 37,3 min avro cərimələnib.
Qeyd edək ki, B qrupunun oyunları çərçivəsində üz-üzə gələn tərəflərin duelində İtaliya Albaniyanı 2:1 hesabı ilə məğlub edib.
комментариев