İngiltərənin "Everton" klubu futbolçusu və kapitanı Şimus Koulmenlə müqavilə müddətini 2025-ci ilin yayına qədər uzadıb.
Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu, müdafiəçinin "Everton"dakı 16-cı və son mövsümü olacaq. 35 yaşlı oyunçu 2009-cu ildə İrlandiyanın "Slayqo Rovers" klubundan "Everton"a 60 min funt sterlinq qarşılığında transfer edilib və Liverpul komandasının heyətində ümumilikdə 422 oyun keçirib.
Qeyd edək ki, ötən mövsüm Ş.Koulmen İngiltərə Premyer Liqasında 12 oyunda meydana çıxıb. "Everton" 2023/2024 mövsümünü 15-ci yerdə başa vurub.
комментариев