Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.
Median.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
Ona Nikolya Dano və Benjamen Paje yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisar əyləşəcək. Onun köməkçiləri Villi Delajo və italiyalı Massimiliano İrrati olacaq.
Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.