Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı xəbər verir ki, rəsmi səviyyədə keçirilən oyunların sayına görə dünya rekordu Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo tərəfindən müəyyən edilib.
39 yaşlı Ronaldo çərşənbə axşamı İrlandiya ilə yoldaşlıq oyununda millinin əsas heyətində meydana çıxıb. Beləliklə, bu oyun artıq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” hücumçusu üçün ən yüksək səviyyədə olan 1226-cı oyun olub.
IFFHS-in məlumatına görə, Ronaldo Braziliya millisinin sabiq qapıçısı Roqerio Ceninin rekordunu bir oyun fərqlə geridə qoyub.