Səkkiz çəki dərəcəsində keçmiş dünya çempionu filippinli Menni Pakyao karyerasını 2024-cü ildə bərpa etmək niyyətindədir.
“Menni bu il karyerasını bərpa edəcək. Onun 45 yaşı var, amma enerji ilə doludur. O, çempionluq titulunu qazanmaq istəyir”, - lent.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda boksçuya yaxın mənbə məlumat verib.
Bu yay 45 yaşlı boksçu Yaponiyanın MMA promosyonunun çempionu Rizin Tihiro Sudzuki ilə sərgi döyüşü keçirəcək. Döyüş iyulun 28-də Saytamada baş tutacaq.
Pakyao Las-Veqasda amerikalı Mario Barrios ilə orta ağır çəkidə WBC (66,7 kiloqramaa qədər) titulu uğrunda döyüşəcəyini gözləyir. Bu döyüş hələ rəsmi olaraq təsdiqlənməyib.
Pakyaonun son döyüşü 2021-ci ilin avqustunda kubalı Yordenis Uqasa qarşı olub. Filippin hakimlərin yekdil qərarı ilə məğlub elan edilib, lakin 12 raund ərzində 815 yumruq atmağı bacarıb. Bu, onun 2010-cu ildən bəri ən yüksək göstəricisidir.
2021-ci ilin payızında Pakyao peşəkar boksdan getdiyini elan edib və bütün diqqətini siyasi karyerasına yönəldib. 2022-ci ilin mayında o, Filippində keçirilən prezident seçkilərində iştirak edib və bu seçkilərdə xalqın 6,81 faizinin səsini toplayaraq üçüncü yeri tutub.
Bu il Pakyao Paris Olimpiadasına getməyə çalışıb, lakin 40 yaş məhdudiyyətini pozduğuna görə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən istəyindən imtina edilib.
Menni Pakyao tarixdə səkkiz çəki dərəcəsində titul qazanan yeganə boksçudur. 1995-ci ildən peşəkar rinqdə çıxış edir. Ümumilikdə o, 72 döyüş keçirib, səkkiz məğlubiyyət və iki heç-heçə ilə 62 qələbə (39 nokaut) qazanıb.