Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

“Formula-1”: “Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verilib”

05.04.2024 12:59 1 659
“Formula-1”: “Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verilib”
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verib.

8-ci dəfə keçiriləcək mərhələnin təşkili zamanı 1500 könüllünün cəlb olunması planlaşdırılır.

Seçim mərhələsini uğurla başa vuran könüllülər yarışın keçirilməsində müxtəlif sahələrdə, o cümlədən insan resursları, işçi qüvvəsi, media ilə iş, tribunalar, trek, ofis və hava limanı əməliyyatları, həmçinin digər istiqamətlərdə fəaliyyət göstərəcəklər. Əvvəlki illərin təcrübəsi nəzərə alınaraq, seçim zamanı xarici dil biliyi (ingilis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək. Könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilərlər.

BŞH Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülər üçün təlimlərin təşkilinin nəzərdə tutulduğunu bildirib:

“Hər il olduğu kimi, bu il də yarış öncəsi hazırlıqlarla yanaşı, könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər keçirilməsini nəzərdə tuturuq. Məqsəd gənclərin komanda ruhunu artırmaq, kollektivlə işləmək bacarığını inkişaf etdirmək və onların gələcək inkişafına töhfə verməkdir”.

Könüllülük proqramına qoşulmaq istəyənlər linkə keçid edərək, qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login

Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabrda keçiriləcək.

Son xəbərlər