Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Eduard Məmmədovun tələbələri beynəlxalq yarışda qələbə qazanıblar

11.12.2023 17:31 2 877
Eduard Məmmədovun tələbələri beynəlxalq yarışda qələbə qazanıblar
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi polis polkovnik-leytenantı Eduard Məmmədovun tələbələri növbəti beynəlxalq yarışda uğurla çıxış ediblər.

Onlar dekabrın 9-da Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan və 10-cu dəfə keçirilən K-1 versiyası üzrə peşəkar turnirdə qələbə qazanıblar.

Eduard Məmmədovun tələbələrindən, DİN İdman Cəmiyyətinin üzvü Amin Quliyev 63,5 kiloqram çəki dərəcəsində çıxış edib. “Ağ canavar” ləqəbli dünya və Avropa çempionu rəqibinə nokautla qalib gəlib.

E.Məmmədovun digər tələbəsi 60 kiloqramda yer alan Anar Məmmədov isə “Wako-Pro” kəmərinə yiyələnib.

Son xəbərlər