Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:48 Bakıda şirkətə qarşı 17 min manatlıq dələduzluq olub  |     13:26 Sumqayıtda avtotəmir sexi yanır - VİDEO  |     12:44 Azərbaycanda kişi arvadını güllələdi  |     12:42 Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü  |     11:59 GTA 6 nə vaxt buraxılacaq?  |     11:51 Qətər Qəzza sakinlərinə kömək üçün 4.5 milyon dollar ayıracaq  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Lökbatan" dairəsindən mərkəz istiqamətinə yol BAĞLIDIR  |     11:37 Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     11:31 Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı  |     11:24 Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi  |     22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |    

Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazanıb

Türkiyənin İstanbul şəhərində kikboksun K-1 versiyasında “Akın Fight Arena” peşəkar döyüş gecəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Hadımköy İdman Kompleksində reallaşan tədbirdə qadın və kişi kikboksçuların “Kombat K-1 kuboku” uğrunda mübarizəsi baş tutub.

Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Qənbər Əzimov (80 kq) türkiyəli Berke Tuncerlə qarşılaşıb. Görüşdən qalib ayrılan təmsilçimiz əsas mükafata sahib çıxıb.

Qeyd edək ki, Qənbər Əzimov həm də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Karyerası ərzində kikboks üzrə WAKO dünya və Avropa birinciliklərində iki gümüş, bir bürünc, WPKA dünya birinciliyində qızıl medal qazanıb, altı dəfə Azərbaycan çempionu olub.

O, 16 peşəkar döyüş keçirib və bunlardan 15-də qələbəsi, birində isə bərabərlik qeydə alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            510 02.11.23 23:24